Əziz şagirdlərimiz sizlərə daim məktəbimizn adını uca tutmağı tövsiyyə edirəm.

            " Məktəbliyəm"





Bir kəs deməz qəmliyəm, 
Çünki mən məktəbliyəm. 
Savadlı, elmliyəm, 
Çünki mən məktəbliyəm.




Ana dilim çox əziz, 

Riyaziyyatsa qəliz. 
Hər bir şeir çox qəliz, 
Çünki mən məktəbliyəm. 









 Seçirəm yaxı, pisi, 
Sevdim yaxşı hər kəsi, 
Bilirəm ingilisi, 
Çünki mən məktəbliyəm. 







Alışmışam əməyə, 
Yetişirəm köməyə, 
Bildim vurmaq, bölməyə, 
Çünki mən məktəbliyəm. 





Çayla yedim noğulu, 
Sevdim sirli nağılı, 
Müəllim verdi ağılı, 
Çünki mən məktəbliyəm. 

 İsti ana qucağım, 
Məktəb doğma ocağım. 
İndi var qanacağım, 
Çünki mən məktəbliyəm. 

Mübariz İbrahimov Ağakərim oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N say...lı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir.Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb.Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.Bu dəfə artı Gizir kimi çalışmağa başlayıb.Cox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb.Nəhayət 2010 cu ilin aprel ayindan Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayir.Çox çəkmir ki,uzun müddət düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır.22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşur.Düşmən ağır itkilərə məruz qalsa da nəhayət ki, səhər saatlarında canını bu bəladan qurtara bilir.İgid vətən oglu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur.Özünün də dediyi kimi VƏTƏN SAG OLSUN ! Allah rəhmət eləsin,qəbri nurla dolsun,yeri cənnətlik olsun....amin
Konstitusiya – hökumət qanunlarının kulliyatı deməkdir, hansı ki, hökümətin fəaliyyətini nizama salır, insanların çəmiyyətdə və biri-birinə əxlaqi davranışlarını qaydaya salır. Bu – Respublikanın ərazi bütövlüyünü, müstəqilliyini, xarici və daxili siyasətin özünün qurmasını elan edən bir sənəddir.Konstitusiya Günü — bir çox dövlətlərdə keçirilən bayramdır . Bu gün  12  noyabr konstutisiya günüdür  . ƏZizlərim bayramınız mübarək!
             Vətən nədir?




Vətən – doğma diyar, ana yurd...
Vətən – babaların, dədələrin əmanəti...
Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır...
Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.
Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.
Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər.
Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, Uca Rəbbimizin razı qaldığı əməldir.
Rəvayətlərdən birində “Vətəni sevmək Allaha imandandır” buyurulmuş, vətən sevgisinin əhəmiyyəti ön plana çəkilmişdir. Qəlbində Allaha imanı olan hər bir  kəsin xalqına və vətəninə də sevgisi olacaqdır.
Bir hədisdə vətənini qorumağın əhəmiyyətini bildirən Həzrəti Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır, Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır.” 
İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Nahaq yerə “ana vətən”sözü işlədilmir. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan onun dəyərini artıran bu qəbildən vətən sevgisidir.
Hər bir xalqın fərdi qəlbində millət, xalq və dövlət sevgisi daşıyır. Vətən, yurd sevgisi bir tək insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə on km-lərlə yolu qət edib geriyə vətənlərinə dönürlər.
Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır.
Xalqın, millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır.
Xalq – müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanları bir bayraq altında, eyni qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir.Vətən qarşısında eyni məsuliyyəti daşıyır.
Quran-i Kərimdə Allah Təala buyurur ki: “Müsəlman müsəlmanın qardaşıdır.” İnsan qardaşına xəyanət etməz, onu utandırmaz. Bir müsəlmanın namusu, malı və qanı başqa müsəlmana haramdır.
Vətənimizin atributları bizim üçün müqəddəsdir.
  • Bayrağımız qanımızı rənginə qatdığımız, xalqımzın parlayan ulduzu, göylərdə dalğalanan nazlı, şanlı hilallı bəzəyidir. O, altında doğulub, kölgəsində öldüyümüz uca dəyərimizdir. O olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etmək mümkundür.
  • Vətən gerbi dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın köksünü qabardan iman gücü və qüdrət əsəridir. Gerbimizə diqqət etsək, bir qalxanı xatırladan simvol dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə çatdırır. Bizim heç kimin torpağında gözümüz yoxdur, başqaları da bizim torpaqlara göz dikməməlidir. Əgər belə olarsa xalqımız bir qalxan kimi vətənimizin müdafiəsinə qalxacaqdır.
  • Vətən himni gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən analarımızın laylası, nənələrimizin ninnisidir. Himnimiz xalqımızın güc və güdrət nərəsidir. Buna görə də  himn oxunurkən hörmət əlaməti olaraq ayağa qalxılır, hamı bərabər oxuyur. Onun verdiyi güc ilə başımız dikəlir. Himnimizin hər bir misrası və hər bir kəliməsi qəhrəman ata – babalarımızın bizə misli bərabəri olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu və idealını qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifəmizdir.
Ucar – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Ucar şəhəridir.

Tarixi


Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. Rayonun adı, qədim yaranma tarixi haqqında müxtəlif fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-Sitəkrinin "Məmləkətlərin yolları" kitabında adı çəkilir. Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrə görə rayonun adı Azərbaycan dilindəki "Uçar" sözundən əmələ gəlmişdir. Digər mülahizələrdə rayonun adının qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. Ucar sözünün "Ucqar" sözündən götürülməsi fikrini söyləyənlər də var. Hazırda Ucar rayonunun ölkəmizin mərkəzi hissəsində yerləşməsinə baxmayaraq vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən ən ucqar ərazidə yerləşdiyinə görə adının "Ucqar" sözündən götürüldüyü də ehtimal edilir.


Relyefi


Rayon Bakıdan 240 km qərbdə, Şirvan düzündə yerləşir. Ərazisində 32 yaşayış məntəqəsi var. Ucar rayonu şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları ilə əhatə olunur. Rayonun coğrafi mövqeyi olduqca əlverişlidir. Bakı-Tbilisi dəmir yolunun və maqistral avtomobil yolunun Ucar rayonundan keçməsi, habelə Qədim İpək yolunun bərpa olunmaqla Ucardan keçməsi yerləşdiyi yerin iqtisadi əhəmiyyətini olduqca artırır.

Ucar rayonunun ərazisi keçmişdə Şirvan bəylərbəyliyinin, sonralar Şamaxı xanlığının, daha sonra 1840-ci ilin 10 aprelində inzibati islahata əsasən Kaspi vilayətinin tərkibində, 1846-cı ildə isə Şamaxı qurberniyasının tərkibində olmuş və 8 avqust 1930-cu il tarixdən isə Göyçay rayonuna birləşdirilmişdir.

Rusiya torpaqlarimizi tutandan sonra həmin xanliqlar ləgv edildi. Zaqafqaziya,Tiflis,Kutaisi, Şamaxi və Dərbənd quberniyalarina daxil edilmişdir.

1859-cu ildə Şamaxi zəlzələ nəticəsində dagilandan sonra quberniyanin mərkəzi Bakiya köçürüldü və adi da dəyişdirildi.Beləliklə,Baki quberniyasinin tərkibinə Şamaxi,Şuşa,Şəki,Lənkəran qəzalari daxil idi.

1867-ci ilin dekabrinda Baki quberniyasinin tərkibində Göyçay qəzasi yaradildi. Bu zaman Ucar rayonu Göyçay qəzasinin tərkibində qaldi.

1930-cu ildə qəza bölgüsü ləgv edildi və indiyədək mövcud olan rayon inzibati ərazi bölgüsünə keçirildi. Bu vaxt Ucar rayonu Göyçay rayonunun tərkibindən saxlanildi.1939-cu ilin yanvar ayinin 14-də Ucar rayonu Göyçay rayonunun tərkibindən ayrilaraq özümüstəqil rayona çevrilərək ayrica rayon kimi təşkil edilmişdir .

Ucar rayonunun mərkəzi Ucar şəhəridir.

Ucar rayonunun sahəsi 853 kv km-dir.

1963-cü ildə Ucar rayonunun ərazisində dəyişiklik edildi. Belə ki, 1963-cü ildə Zərdab rayonu ləgv edilərək, onun ərazisi,yəni 856 kv km sahəsi ilə birlikdə Ucar rayonuna verilmişdir. 1965-i ildə Zərdab rayonu yenidən müstəqil rayon kimi bərpa olunarkən Zərdab rayonu 856 kv km sahəsi ilə birlikdə Ucardan ayrilmişdir.


Əhalisi


Ucar rayonunun sahəsi əhalisi 75559 min nəfərdir (2005-ci ilə). Hər kv km 86 nəfər adam düşür. Ucar rayonunun əhalisinin milli tərkibi müxtəlif olmaqla burada 8 millətin o cümlədən: azərbaycanlılar, ruslar, ləzgilər, türklər, tatarlar, ukraynalılar, digər millətin nümayəndələri yaşayır.

             Balaca fidanların əl işləri














"Əbədiyyat dastanı"kompozisiyası


Ucar  şəhər 6 nömrəli orta məktəbin  Ulu Öndər Heydər Əliyevin anadan 
olmasının 90 illiyinə həsr olunmuş "Əbədiyyat  dastanı " kompozisiyası.

                    "Xocalı Harayı"




















































 Bu tədbirin keçirilməsində köməklik edən müəllimlərə və şagirdlərə öz dərin minnatdarlıgımı bildirirəm.


Xocalı faciəsi
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, yüzlərlə insan əsir və girov götürülmüş, itkin düşmüşdür.