Əziz şagirdlərimiz sizlərə daim məktəbimizn adını uca tutmağı tövsiyyə edirəm.

Şəki şəhəri.Kiş kəndi.Alban kilsəsində ekskursiyada oldugumuz zaman.
























“Kiş” məbədi ( (I əsr)

Şimal-Qərb bölgəsi / Şəki rayonu

Ünvan: Şəki rayonu, Kiş kəndi.
   Şəki rayonunun Kiş kəndində yerləşən bu məbəd əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olmuşdur. Alban apostol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdən sayılır. Albaniyada xristianlığın yayılması və ilk kilsənin yaradılması apostolların adı ilə bağlıdır. Alban müəllifi Musa Kalankatuklunun verdiyi məlumatdan aydın olur ki, Albaniyada erkən xristian cəmiyyətinin yaranması apostollar Faddey, Yelisey, Varfolomeyin adları ilə bağlıdır.
   Qədim mənbələrdə ilk kilsənin Kiş kəndində (Gis) tikilməsi haqqında məlumatlar var. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd iki min ildən artıqdır ki, “din, etiqad, pərəstiş” mənasına gələn “Kiş” adlanır.
   Rəvayətə görə, İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Bu kilsə yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Qafqazda tikilmiş ilk xristian kilsəsidir.
   Əslində tədqiqatçıların Yeliseyin kilsə tikmiş olduğu Kiş kəndi haqqında müxtəlif fərziyyələri var. Z.N.Yampolski həmin yaşayış məntəqəsinin Şəkidə yerləşən Kiş kəndi, R.B.Göyüşov isə bu kəndin Xocavənd rayonundakı Kiş kəndi olduğunu iddia etmişlər.
   Uti vilayətinin indiki Şəki-Zaqatala bölgəsinin ərazisini əhatə etdiyini nəzərə alaraq, bu məntəqənin məhz Şəkidə olduğunu söyləmək mümkündür. Həmçinin keçmiş Uti vilayətinin ərazisinə aid olan Şəki-Balakən bölgəsindəki Qum (IV-V əsrlər), Ləkit (V-VI əsrlər), Orta Zəyzid (VI-VII əsrlər) və s. kimi məbədlərin olması da bu fikri bir daha təsdiqləyir.
   2000-2004-cü illərdə Kiş apostol kilsəsinin ərazisində arxeoloji qazıntılar aparılmışdır. Arxeoloji qazıntılara memarlıq doktoru Vilayət Kərimov rəhbərlik etmişdir. Bu qazıntılar məhdud ərazidə aparılmasına baxmayaraq, Kiş məbədinin fəaliyyəti dövrünün bütün mərhələlərini izləməyə imkan vermişdir. Arxeoloji tədqiqatın nəticəsində aydın olmuşdur ki, Kiş məbədi sadə təkzallı bazilikadan günbəzli memarlığadək beş tikinti mərhələsi keçmişdir.
   Kiş məbədinin memarlıq xüsusiyyətləri Qafqaz Albaniyası memarlığının ilkin xristian mərhələsinə aiddir. Məbədin ən aşağı qatlarının arxeoloji tədqiqi mübahisələrə səbəb olan onun ilkin tikinti tarixini təyin etməyə imkan yaratmışdır. Abidə dövrümüzə yeniləşdirilmiş görkəmdə gəlib çatmışdır. Məbədin divarları həm içəridən, həm də çöl hissədən qismən suvaqlanmışdır. Qapı və pəncərələrə istinadən yenidənqurma işlərinin tikilinin yuxarı hissəsində aparıldığını söyləmək olar. Kilsə özündə ilkin və sonrakı tikililərin maraqlı detallarını saxlayır. Kiş məbədi əhəngdaşından tikilmişdir. Məbədin daxili cüt sütunla iki hissəyə bölünür. Divarlarda heç bir yazı yoxdur. Mehrab mərkəzdə yerləşib və düzbucaqlı formasındadır. Kiş məbədi qədim bünövrə üzərində tikilmişdir. III-V əsrlərdə onun üzərində kiçik təkzallı bazilika tipli kilsə tikilmiş və VI-VII əsrlərdə həmin kilsə memarlıq formasını dəyişmişdir.
   Arxeoloji qazıntılar zamanı məbədin şimal-şərq divarlarının yarımqövs çıxıntısının altında torpaq qəbir aşkar olunmuşdur. Burada iki öküz başı dəfn olunmuşdur. Kəllələrin üzərində və ətrafında müxtəlif tipli dulus qabların qırıqları, buynuz qırığı, yumru daş, heyvanların digər sümükləri arasında isə sümük ox aşkar olunmuşdur. Qəbrin dulus avadanlığı Kür-Araz mədəniyyətinə aid olan iri qabların hissələrindən ibarətdir. Dulus məmulatı yerli xarakterlidir.
   Torpaq qəbir e.ə. IV-III minilliyin qovşağına aiddir. Arxeoloq N.M.Muxtarovun verdiyi məlumata görə, 1864, 1930-cu illərdə kilsə ermənilər tərəfindən təmir olunmuş və nəticədə onun görünüşü əsaslı şəkildə dəyişdirilmişdir. Belə güman etmək olar ki, bu yenidənqurma işləri 1836-cı ildə Rusiya hakim dairələrinin qərarı ilə Alban kilsəsinin ləğv olunmasından sonra Kiş məbədinin erməni kilsəsi memarlığına uyğunlaşdırılması məqsədilə edilmişdir.
   Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə Alban kilsəsinin arxiadiakonu Serafin tərəfindən yenidən qurulduğunu bildirən kitabə olmuşdur. XIX əsrin 30-cu illərində Alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi tamamilə pozulmuşdur.

Комментариев нет:

Отправить комментарий