Əziz şagirdlərimiz sizlərə daim məktəbimizn adını uca tutmağı tövsiyyə edirəm.

 ŞƏki .Karvansaray










ŞƏKİ: KARVANSARAYLAR ŞƏHƏRİ

... "Qədim Şəkiifadəsi sözgəlişi işlənmirTəkcə bir fakta görə kiŞəkinin yaşı da çox böyük rəqəmlə ifadə olunur. 2500 ilə yaxın yaşı olan Şəkinin Azərbaycanda ən qədim yaşayış mərkəzlərindən biri olmasının şəhər kimi formalaşmasının səbəbləri  məlumdur. Artıq neçə illərdir kiyenidən diqqətə gətirilən  ilkin dəyərlərinə ekzotik baxışlardan çevrilib  yeni ampluası görünən məşhur İpək yolunun üstündə olması daha vacibsayılmalıdır.
Tacirlərin, səyyahların gəlib-keçdiyi qonaq-qaralı qədim şəhər əsrlərlə vacib bir missiyanı yaşamış, özünəməxsusluğu, ənənələrini qoruyub saxlamışdır. Bu mənada ən ciddi məsələ Şəkinin qədimliyinin heç bir urbanik təsirdən pozulmaması, müasirləşmənin içində itib-batmamasıdır. Yəni buradakı qədim tikililərin, tarixi və memarlıq abidələrinin lazımınca qorunması, nəsildən-nəsilə ötürülməsi gerçəkdən əsl vətənpərvərlik nümunəsidir. Şəkidə qeydə alınmış yüzdən çox tarixi abidə qorunur. Bütün bunlar haqqında, şübhəsiz, çox danışılıb və yazılıb. Xüsusilə məşhur Xan sarayı haqqında. Ancaq Şəki karvansarayları da hələ qədim dövrlərdən xeyli məşhur olub. Məlumatlara görə, bir vaxtlar Şəkidə 6 karvansaray fəaliyyət göstərib. Ümumilikdə 5000 nəfər qonağı qəbul edib yüksək səviyyədə xidmət göstərən bu karvansaraylar illər, əsrlər ötdükcə ya öz fəaliyyətini dayandırmalı olub, ya da iş funksiyasını dəyişdirərək başqa məqsədlər üçün istifadə olunub. Yaxşı haldır ki, həmin karvansaraylardan ən gec inşa edilənlərdən biri hələ də fəaliyyət göstərir və getdikcə daha geniş perspektivə istiqamətlənir.
İlk vaxtlar "Yuxarı karvansaray" adlanan dərin zirzəmili ikimərtəbəli bina XVIII əsrin sonlarında inşa edilib. Şərq memarlıq üslubunun orijinal çalarları onu həm gözəllik, həm də məqsədə münasiblik baxımından tarixi abidəyə çevirmişdir. Karvansarayın çarhovuzlu geniş həyətindən ikinci mərtəbəyə müxtəlif səmtlərdən aparan daş pilləkənlər ilk olaraq bir labirint təsiri bağışlasa da bu yolları məhəccərli dəhlizlərə qovuşduraraq sonda bütün giriş-çıxışları asanlaşdırır. Bunlar zahiri effektin bir qədər də harmonik görüntüsü üçündür. Birinci mərtəbədəki otaqların alt qatı kəsmə zirzəmilərdən ibarətdir. Qonaqlar (xüsusilə tacirlər) bu zirzəmilərdə aldıqları və ya satacaqları mallarını saxlayıblar.

Комментариев нет:

Отправить комментарий